UŞAQLARIN İCBARİ DİSPANSERİZASİYASINA HƏSR EDİLMİŞ MAARİFLƏNDİRİCİ SÖHBƏT TƏŞKİL EDİLDİ

  Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial-yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq,uşaqlar arasında xəstəliklərin vaxtında aşkar olunması məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının,aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. "Uşaqların icbarı dispanserizasiyası haqqında" qanuna əsasən, Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçməlidirlər. 05 apreldə 17 nömrəli tam orta məktəbdə tibb bacısı Kəmalə Salahova 8,,G” sinif şagirdləri ilə maarifləndirici söhbət təşkil etdi.Söhbət zamanı Kəmalə xanım dispanserizasiyanın əhəmiyyəti və vacibliyi haqqında geniş məlumat verərək şagirdləri maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi