31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ SEMİNAR DƏRS TƏŞKİL EDİLDİ

  “31 mart Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş seminar dərs 9,,Ə” və 9,,E”sinif şagirdlərinin iştirakı ilə tarix müəllimi Leyla Qəribova tərəfindən təşkil edildi.Vətənimizin azadlığı uğrunda şəhid olmuş övladlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Dərs zamanı Leyla müəllim 31 matr 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırım haqqında şagirdlərə geniş məlumat verdi.Sonra ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən erməni vandalizmindən, vəhşiliklərdən bəhs edən sənədli film nümayiş etdirildi.Dərsdə iştirak edən Tİ üzrə direktor müavini Tahir Həmzəyev öz çıxışında təxmini hesablamalara görə, mart soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfərin öldürülməsindən və digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da törədilən qırğınlarda, öldürülən insanların sayının dəqiq bilinməməsindən söhbət açdı Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi