"NOVRUZ" TƏDBİRİ TƏŞKİL EDİLDİ

  18 martda 17 nömrəli tam orta məktəbdə "Bahar çələngi" layihəsi əsasında ədəbi-bədii kompozisiya hazırlanıb. Məktəbin fəaliyyət planına uyğun olaraq"Bahar çələngi" layihəsi ilə bağlı silsilə tədbirlər keçirilmişdir. İlk olaraq şagirdlərin əl işlərindən ibarət Novruz guşəsi və divar qəzetləri hazırlanaraq sərgilənib. Novruz guşəsi, milli adət-ənənələrə əsasən bəzədilib, qədim xalılar salınıb,səmənilər, şamlar düzülüb. Xonçalar bəzədilib, rəngli yumurtalar, şor qoğal, şəkərbura ilə bəzənmiş xonçalar guşəyə xüsusi rəngarənglik qatıb. Guşənin hazırlanması şagird və müəllim kollektivi tərəfindən böyük maraqla qarşılanıb.Layihə əsasında 2,,Ə,2,,D,5,6,7,8,9,10,,Əvə10,,E” sinif şagirdləri və sinif rəhbərlərinin  təşkilatçılığı ilə Novruz bayramı keçirilən Türkiyə, Pakistan, İran, Qazaxstan,Tacikstan,Özbəkistan və Gürcüstan dövlətləri ilə yanaşı Azərbaycanın bölgələrini təmsil edən siniflər,, Novruz” süfrəsini bəzəyən mətbəxlər hazırlamış və onunla bağlı məlumatlar vermişlər.Şagirdlər Novruzun gəlişini tərənnüm edən şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər etdilər.Tədbirə şagirdlərin şeirləri, rəqsləri və mahnıları xüsusi rəng qatdı.Tədbir məktəb rəhbərliyi,qonşu məktəblərin rəhbərliyi,müəllim kollektivi, valideynlər və şəhid Orucov Coşqunun anası Fərqanə xanım da iştirak edirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi