MƏKTƏBİN İBTİDAİ SİNİFLƏRİNDƏ ,,NOVRUZ”BAYRAMINA HƏSR OLUNMUŞ TƏDBİR TƏŞKİL EDİLDİ

  "Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planının həyata keçirilməsi məqsədilə 15 martda 17 nömrəli tam orta məktəbdə 2,,Ə” və 3,,D”sinif şagirdlərinin iştirakı ilə sinif müəllimləri Vüsalə Nurməmmədzadə və Zülfiyyə Rzayeva  Novruz adət-ənənələrini özündə əks etdirən ,,Torpaq çərşənbəsi”nə həsr olunmuş əl işlərindən ibarət sərgi hazırladılar.Tədbirdə TT işləri üzrə direktor müavini Nərgiz Hüseynova da iştirak edirdi.Sərginin təşkil olunmasında məqsəd mənəvi dəyərlərimizin,adət-ənənələrimizin şagirdlərə aşılanması, şagirdlərdə yaradıcı düşüncə meyillərinin güclənməsidir. Sonda balaca fidanlar şeirlər söylədilər,mahnılar səsləndirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi