"AŞIQ ƏLƏSGƏR VƏ AZƏRBAYCAN FOLKLORU"ADLI YARADICILIQ MÜSABİQƏSİNƏ YEKUN VURULDU

  10 martda 276 nömrəli tam orta məktəbdə BŞTİ-nin təşkilatçılığı ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş ,,Aşıq Ələsgər və Azərbaycan folkloru”müsabiqəsində iştirak edən paytaxt ümumtəhsil məktəblərinin VII-X sinif şagirdlərinin  nominasiyalar üzrə ən yaxşı şeir, mahnı ifaçıları və yaradıcı iş müəllifləri seçilərək onların təltif mərasimi  keçirildi.

  Müsabiqənin məqsədi şagirdləri ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, onların bədii-estetik zövqünü formalaşdırmaq və yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdir.

  Müsabiqədə iştirak edən 17 nömrəli tam orta məktəbin şagirdlərdən Qasımova Xədicə Taleh qızı-10e sinif şagirdi şeir, İsmayılzadə Elgün Alı oğlu 8e sinif şagirdi mahnı(sazda ifa) və 10a sinif şagirdi Yəhyayeva Səbinə Rüstəm qızı isə təsviri incəsənət nominasiyalarında BŞTİ-nin rəhbərliyi tərəfindən müsabiqə fəal iştiraklarına görə ,,Təşəkkürnamə" ilə təltif olunmuş və dəyərli hədiyyələrlə mükafatlandırılmışdır. Şagirdlərimizə uğurlar diləyirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi