İRƏVAN MÜƏLLİMLƏR SEMINARIYASININ 140 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ,,DƏYİRMİ MASA” TƏŞKİL EDİLDİ

  İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” TN-nin Tədbirlər Planının və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 08.02.2022-ci il tarixli F-53 nömrəli əmrinə əsasən 09 martda 17 nömrəli tam orta məktəbdə 9,,D” sinif şagirdlərinin iştirakı və  Ədəbiyyat müəllimi Aynurə Məmmədovanın təşkilatçılığı ilə “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda dəyirmi masa təşkil edildi. Aynurə müəllim görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti ilə bağlı geniş məlumat verdi. Bildirdi ki, F B Köçərli seminariyanın ilk müəllimlərindən olub, geniş mədəni-maarif işləri aparıb. Seminariyanın bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində F B Köçərlinin xüsusi xidmətləri olub.Sonda şagirdlərı maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi