8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ KONSERT PROQRAMI TƏŞKİL EDİLDİ

  05 martda 17 nömrəli tam orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirildi.Tədbir musiqi müəllimi Nərgiz Quliyeva və 5,,D”,6,,E”,6,,Ə” sinif şagirdlərinin iştirakı ilə təşkil edildi.Aparıcılar 8 Mart bayramının tarixi haqqında ətraflı müəlumat verdilər.Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak edirdi.Şagirdlərmövzu ilə bağlı şeirlər söyləmiş, mahnılar səsləndirmiş və rəqslər nümayiş etdirmişlər.Tədbirin sonunda məktəbin Tİ üzrə direktor müavini Tahir Həmzəyev çıxış edərək,Azərbaycan qadınlarının gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkurəsinə bağlılıq ruhunda tərbiyəsi işinə bundan sonra da xüsusi diqqət yetirəcəklərini, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə qüvvələrini, bilik və bacarıqlarını əsirgəməməyi qeyd etdi.

  Bütün Azərbaycan qadınlarını 8 mart-Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara cansağlığı,ailə səadəti və işlərində müvəffəqiyyətlər arzuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi