“1 MART ÜMUMDÜNYA MÜLKİ MÜDAFİƏ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ SEMİNAR DƏRS TƏŞKİL EDİLDİ

  01 martda 17 nömrəli tam orta məktəbdə “1 mart Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş seminar dərs,,Çağrışaqədərki hazırlıq”fənn müəllimi Səbuhi Zamanov tərəfindən təşkil edildi.Dərs şagirdlərin Mülki Müdafiə sahəsində biliklərini daim diqqət mərkəzində saxlamaq, xüsusilə də müəllim kollektivinin Mülki Müdafiə işinin təşkilini, eləcə də FH zamanı davranış qaydalarını bilmələri və bu bilikləri mütəmadi olaraq şagirdlərə aşılamasının vacibliyi diqqətə çatdırıldı.Səbuhi müəllim FN-ın baş vermə səbəbləri, onlardan müdafiə üsulları haqqında10“D”sinif şagirdlərinə geniş məlumat verdi.Daha sonra yaradılmış sərgi ilə şagird kollektivi yaxından tanış oldular və FH zamanı fərdi mühavizə vasitələrindən istifadə qaydalarına həsr olunmuş videofilm nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi