İRƏVAN MÜƏLLİMLƏR SEMİNARİYASININ 140 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ,,SEMİNAR DƏRS ” KEÇİRİLDİ

   Bu il İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunacaq. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən 29 dekabr 2021-ci il tarixində müvafiq sərəncam imzalanıb. Qeyd edək ki, dövlət başçısının sərəncamında da vurğulandığı kimi, XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatında İrəvan Müəllimlər Seminariyasının xüsusi yeri olub. 1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılmasına baxmayaraq, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə malik yüksəkixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərib.Fevralın 25-də İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş seminar dərs 17 nömrəli tam orta məktəbdə 8,,E” sinif şagirdlərinin iştirakı və Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə Məmmədovanın təşkilatçılığı ilə təşkil edildi.Aynurə müəllim dərs zamanı Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər, ictimai xadim, publisist-yazıçı, tənqidçi və tərcüməçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Bildirdi ki, F.Köçərli seminariyanın ilk müəllimlərindən olub, geniş mədəni-maarif işləri aparıb. Seminariyanın bir çox tanınmış şəxsiyyətlərinin yetişməsində F.Köçərlinin xüsusi xidmətləri olub.Sonda isə şagirdlərə İrəvan Müəllimlər Seminariyası haqqında videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi