AZƏRBAYCAN DİLİ FƏNNİNDƏN “AÇIQ DƏRS” KEÇİRİLDİ

 24 fevralda 17 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Aynurə Məmmədova 9 “Evə 9,,D” sinif şagirdlərinin iştirakı ilə ,,Ana dili və Ədəbiyyat” aylığı çərçivəsində Azərbaycan dili  fənnindən “Açıq dərs” keçirdi. Dərs müasir təlim və texnologiyalar əsasında qurulmuşdu. Sinifdə şagirdlər “Müxbirlər”, “Jurnalistlər” və “Tədqiqatçılar” adı altında 3 qrupa bölünmüşdülər. Qrup işlərində şagirdlər fəal iştirak etdilər. Hər qrup adlarına uyğun olaraq təqdimat hazırlamışdı. Şagirdlər qrup işlərini yüksək səviyyədə təqdim etdilər. Dərsdə tələb olunan standartlara uyğun olaraq, müəllim tərəfindən müxtəlif meyarlarda qiymətləndirmə aparıldı. “Açıq dərs”də təlim-tərbiyə işləri üzrə direktor müavini Sanıyeva Bəturə və fənn müəlimləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi