XOCALI FACİƏSİNİN 30-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ XÜSUSİ DƏRS KEÇİRİLDİ

   23 fevralda 17 nömrəli tam orta məktəbdə “Xocalı” faciəsinin 30-cu ildönümü ilə bağlı,Xocalı Hüzn Gününə həsr olunmuş xüsusi dərs 7,,Asinif şagirdlərinin iştirakı ilə rus dili müəllimi Tacirə Axundova tərəfindən təşkil edildi. Dərsdə ilk olaraq Xocalı faciəsində canlarını qurban vermiş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Dərs zamanı Xocalı hadisələri barədə geniş məlumat vermiş, 1992-cı ilin fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciənin qan yaddaşımıza yazıldığını, günahsız insanların erməni faşistləri tərəfindən amansızlıqla necə qətlə yetirildiyini vurğulamışlar.

  Bu gün bütün şagirdlərə Xocalı faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi, vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi