MƏKTƏBDƏ 21 FEVRAL- BEYNƏLXALQ ANA DİLİ GÜNÜNƏ HƏSR OLUNMUŞ ŞEİR MÜSABİQƏSİ KEÇİRİLDİ

  Məktəbdə ,,21 fevral Beynəlxalq Ana dili gününə həsr olunmuş məktəbdaxili şeir müsabiqəsi keçirildi. Müsabiqə metodbirləşmə sədri Kəmalə Zamanovanın rəhbərliyi ilə VII,VIII,IX sinif şagirdləri arasında təşkil edilmişdir.Şeir müsabiqəsində 9,,D”sinif şagirdi Kərimli Sami I yerə,7,,A”sinif şagirdi Rzazadə Nihad II yerə,8,,A”sinif şagirdi Əmiraslanova Leyla III yerə layiq görülərək diplomla təltif edildilər.Onlar öz maraqlı və gözəl bədii qiraətləri ilə dinləyicilərin və münsiflərin rəğbətini qazandılar.Tədbirdə iştirak edən məktəbin direktoru Nazilə Əliyeva sonda çıxış edərək qeyd etdi ki,hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi