XOCALI SOYQIRIMININ 30-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ RƏSM SƏRGİSİ TƏŞKİL OLUNDU

  Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə "İllik Fəaliyyət Planı"na Azerbaycan Respublikası TN-nin 14 02.2022-ci il tarixli, F-81 nömrəli əmrinin icrasrnı təmin etmək məqsədilə "BŞTİ haqqında" əsasnaməsinin 15.6-ci bəndini rəhbər tutaraq Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərin həyata keçirilməsi prosesi davam etdirilir. Bu məqsədlə 18-21 fevralda məktəbdə "Xocalı faciəsi uşaqların gözü ilə" rəsm sərgisi təşkil olundu. Sərgidə şagirdlərin çəkdikləri rəsmlərdə uşaq təfəkkürünün məhsulları özünü tablolarda çox böyük ustalıqla əks etdirirdi. Uşaq təfəkkürünün həmin faciənin şahidi olmadan yaratdığı əsərlər Xocalı faciəsinin dəhşətlərini bir daha gözlər önünə sərirdi. Sərgi böyük maraqla qarşılandı və izləndi.Xalqımızın qan yaddaşında Xocalı faciəsi ümumxalq hüzn günü kimi əbədi yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi