MƏKTƏBDƏ MÜBARİZ İBRAHİMOVUN DOĞUM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

  07 fevralda 17 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirildi.Tədbir Mübariz İbrahimovun adını daşıyan VIII “E” sinif şagirdlərinin iştirakı ilə,tarix müəllimi Leyla Qəribova tərəfindən təşkil edilmişdir.İlk öncə şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər.Sonra iştirakçılar öz çıxışlarında Milli Qəhrəman Mübariz İbrahimovun həyat fəaliyyəti, qəhrəmanlığı haqqında geniş məlumat verdilər,şeirlər söylədilər,hazırladıqları rəsm şəkilləri nümayiş etdirdilər.Sonda Azərbaycan Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat fəaliyyəti və qəhrəmanlığına həsr olunmuş sənədli film nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi