20 YANVAR FACİƏSİNƏ HƏSR OLUNMUŞ SINIF TƏŞKİLAT SAATLARI KEÇİRİLDİ

 21 yanvarda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş ibtidai siniflərdə onlayn təşkilat saatları təşkil edildi. Sinif müəllimləri Əminət Ağamalıyeva 2 “A”,Samirə Xəlilova 2 “C”,Aynurə Baxşəliyeva 2 “E” ,Vüsalə Nurməmmədzadə 2 “Ə”,Günay İsmayılzadə 2 ,,D, Diana Ağaverdiyeva 2 ,,Ç,Natalya Kuznetsova 3 “A”,Zülfiyyə Rzayeva 3 ,,D,Samirə İbrahimova 3 ,,E, Ramella Murtuzayeva 4 “A”, Aytən Mütəllimova 4“B”, Elmira Ağayeva 4“Ə”, Pərvin Həsənova 1 “B”, Şəhla Musayeva 1 “C”,Sevinc Mövsümova 1 ,,D”və Nigar Xanəliyeva 1 “Ç” sinif şagirdlərinin iştirakı ilə sinif təşkilat saatları keçirmişlər. Sinif saatları Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şagirdlərin ifasında şeirlər səslənmiş, çəkdikləri rəsmlər və sənədli filmlərin nümayişi ilə davam etmişdir.Sonda sinif müəllimləri Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisəsi barədə ətraflı məlumat vermişlər. Şagirdlərə 20 Yanvar faciəsini unutmamağı, tariximizi dərindən öyrənməyi və vətəni sevməyi tövsiyə etmişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi