“QAN XƏSTƏLİKLƏRİ VƏ QANLA YOLUXAN XƏSTƏLİKLƏR” MÖVZUSUNDA SEMİNAR DƏRS KEÇİRİLDİ

 22 dekarda 17 nömrəli tam orta məktəbdə “Qan xəstəlikləri və qanla yoluxan xəstəliklər” mövzusunda rus bölməsinin 8 “Cvə 8,,B”sinif şagirdləri ilə biologiya müəllimi Tahir Həmzəyev tərəfindən seminar dərs təşkil edildi.Dərs zamanı“Qan xəstəliklər”inin (anemiya,hemofiliya, talassemiya,leykemiya və s.) ana və atadan uşağa xromosom və genlər səviyyəsində irsi olaraq ötürülməsi,”Qanla yoluxan xəstəliklər”in (hepatitlər B, D, C və QİÇS) təhlükəliliyi haqqında şagirdlərə geniş məlumat verildi.Hazırlanmış prezentasiya və videoçarxlar şagirdlər tərəfindən maraqla qarşılandı. Seminar dərsdə müzakirələr aparıldı, fikir mübadiləsi edildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi