ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İRSİNİ ÖYRƏNİRİK

 17 dekabrda XI sinif şagirdləri üçün Xətai rayonu, 138 nömrəli tam orta məktəbin akt zalında”H.Əliyev irsini öyrənirik” mövzusunda seminar dərs keçirildi. Seminarda 17 nömrəli tam orta məktəbin 11,,Ç”sinif şagirdləri də iştirak edirdilər.Tədbir Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra 138 nömrəli tam orta məktəbin tarix müəllimi Şəlalə Əliyeva  cıxış edərək Ulu Öndərin həyat və fəaliyyəti ,xüsusilə 1993-cü ildən Azərbaycan rəhbərliyinə II qaydışı, müdrik siyasəti və onun Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər və müstəqilllik dövründə həyata keçirdiyi islahatlar haqqında geniş məlumat verdi.Seminarda eyni zamanda H. Əliyev irsini işıqlandıran videoçarx təqdim olundu.Seminar dərs şagirdlər tərəfindən maraqla qarşılandı və onları maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi