YOL HƏRƏKƏTİ QAYDALARINA HƏSR OLUNMUŞ AÇIQ DƏRS KEÇİRİLDİ

   17 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq “Yol hərəkəti qaydalarına riayət edək”mövzusunda açıq dərs 4 ,,C” sinif şagirdlərinin iştirakı ilə sinif müəllimi İradə Seyfəliyeva təşkil etdi.Dərsin keçirilməsində əsas məqsəd şagirdlərdə ictimai piyada və sərnişinlərin yol hərəkəti təhlükəsizliyi qaydaları ilə bağlı məlumatlılıq səviyyəsini yüksəltmək, özlərinin və başqalarının təhlükəsizliyi məqsədilə daha məsuliyyətli olmağa çağırmaq,uşaqlara yol hərəkəti təhlükəsizliyi qaydalarını öyrətməkdən ibarət idi.Maarifləndirmə çərçivəsində şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər söylədilər.

Açıq dərsdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev də  iştirak edirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi