ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ XÜSUSİ DƏRSLƏR KEÇİRİLDİ

  Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş dahi şəxsiyyətdir. Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.

  Belə ki, 10 dekabrda  məktəbin  müəllimləri Şəbnəm Babayeva 6ə,Sevinc Qasımova 8d, Günay Hüseynova 2d,Vüsalə Nurmmədzadə 2ə, Nigar Xanəliyeva 1ç sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyevin anım gününə həsr olunmuş xüsusi dərslər təşkil etdilər. İlk öncə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllimlər şagirdlərə ulu öndərin həyat və yaradıcılığı, onun Azərbaycan dövləti və xalqı üçün göstərdiyi misilsiz xidmətləri ilə bağlı geniş məlumat verdilər, videoçarx nümayiş etdirildi, şagirdlər də öz növbəsində şeirlər səsləndirdilər və hazırladıqları təqdimatlarlı nümayiş etdirdilər. Ulu öndərin xatirəsinin ümumxalq məhəbbətinə çevrildiyini və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağını diqqətə çatdırıdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi