MƏKTƏB KİTABXANASINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVIN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

  10 dekabrda 17 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir Fatma Quluzadə tərəfindən məktəbin 6"Ə" sinif şagirdlərinin iştrakı ilə məktəb kitabxanasında keçirildi.Fatma müəllim Ulu Öndərin həyatı, onun Azərbaycan tarixində, Azərbaycan xalqının müstəqilliyində oynadığı mühüm rolu haqqında şagirdlərə məlumat verdi. Qeyd edildi ki, Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri-istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.Şagirdlər Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən təqdimatlar,şeirlər söylədilər və divar qəzetlərini nümayiş etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi