IX SİNİFLƏRDƏ SINAQ QİYMƏTLƏNDİRMƏ KEÇİRİLDİ

  10 dekabrda 17 nömrəli tam orta məktəbin IX siniflərində BŞTİ tərəfindən tədrisin keyfiyyətinin yoxlanması məqsədi ilə “Sınaq qiymətləndirmə“ keçirildi. Sınaq qiymətləndirmədə 174 nəfər IX sinif şagirdi iştirak etdi.Təqdim olunan tapşırıqlarda 30 sual Ana dili, 25 sual Riyaziyyat, 30 sual isə İngilis dili fənnindən idi. Şagirdlər onlara verilən tapşırıqları 3 saat ərzində yerinə yetirməklə öz biliklərini nümayiş etdirdilər. Tapşırıqlar qısa zaman müddətində yoxlanılıb nəticələr barədə valideyn və şagirdlərə məlumat veriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi