,,GƏNCLƏR ARASINDA İNSAN ALVERİ VƏ ZORAKILIQ HALLARI” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SEMİNAR DƏRS TƏŞKİL EDİLDİ

   17 nömrəli tam orta məktəbdə “Gənclər arasında insan alveri və zorakılıq halları”mövzusunda seminar-dərs, az bölməsinin 8,,E” sinif şagirdləri ilə məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev tərəfindən təşkil edildi.Məktəbdə gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə təşkil edilən seminarda, Tahir müəllim şagirdlərə insan alverinin, zorakılığın nə olduğunu və onun insan həyatında hansı təhlükələrin yaradacağı hallar və insan alveri qurbanı olmuş şəxslərin normal həyat tərzinə qaytarılmasında psixoloqların rolundan geniş danışaraq, gənclərdə baş verən psixoloji travma, davranış reaksiyaları barədə ətraflı məlumat verdi.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi