,,NARKOMANİYA VƏ DİGƏR ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK!”

 6 dekabrda məktəbin Fəaliyyət planının 1.3.4-cü bəndinə uyğun olaraq məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması məqsədi ilə biologiya müəllimi Gülxarə Mehdiyeva, "Narkomaniya və digər zərərli vərdişlərə yox deyək !" mövzusunda 8,,Ə”sinif şagirdləri ilə açıq dərs təşkil etdi.O, narkotik vasitələrin, siqaretin, spirtli içkilərin istifadəsi nəticəsində insan səhhətinə vurulan ölümcül fəsadlar barədə danışdı. Dərsdə Tİ üzrə direktor müavini Tahir Həmzəyev, biologiya müəllimləri və 9,,B”sinif şagirdləri də iştirak edirdilər.Sonra şagirdlər öz çıxışlarında narkomaniya, alkoqol, siqaret haqqında hazırladıqları səhnəcik və videoçarxları nümayiş etdirdilər.Dərsdə şagirdlər həm faktlarla, həm də statistik məlumatlarla tanış oldular. Sonda şagirdlərə ,,Ağ ölüm” filmi nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi