ŞAGIRDIMIZ,,GƏLƏCƏYƏ ÜMID”LAYİHƏSİNİN TƏQDIMAT MƏRASIMINDƏ IŞTIRAK ETDİ

 25 noyabrda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə“Gələcəyə ümid” layihəsinin təqdimat mərasimi keçirilib. Mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşaviri Elnur Əliyev, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov, BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Sadiq Ağalarov, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Uşaq Müdafiə Proqramının rəhbəri Vüqar Salmanov, Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev, TƏBİB-in Davamlı tibbi inkişaf şöbəsinin müdiri Emil İsgəndərov, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai təhlükəsizlik idarəsinin baş inspektoru Kəmalə Ələkbərova, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin nümayəndələri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri,TDM-in əməkdaşları və şagirdlər iştirak ediblər.Bu mərasimdə 17 nömrəli tam orta məkəbin 8,,G”sinif şagirdi Fatimə Rzayeva da iştirak edirdi.

  Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva humanist dəyərlərin təbliği və gələcəyə inamla addımlayan gənclərin yetişdirilməsi missiyasını qarşısına məqsəd qoyan “Gələcəyə ümid” layihəsini cəmiyyətə sağlam gənclər qazandırmaq baxımından təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib. Bildirib ki, ölkəmizdə uşaq hüquqlarının qorunması, onların hərtərəfli diqqət və qayğı ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biridir. Sağlam, savadlı və vətənpərvər nəsil yetişdirmək üçün bütün gücü ilə çalışan təhsili idarəetmə qurumları da həssas qruplardan olan uşaqların təlim-tərbiyəsi, onların cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişdirilməsini qarşıya məqsəd qoyub. Bu layihənin əsas məqsədi  şagirdlərin maarifləndirilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilən layihənin uğurlu nəticələr əldə edəcəyinə əmin olduğunu deyib. Qeyd edək ki, “Gələcəyə ümid” layihəsi BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərinin 8-ci sinif şagirdləri arasında bir akademik tədris ili üçün nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi