MƏKTƏB ŞAGİRDLƏRİ AZƏRBAYCAN İSTİQLAL MUZEYİNDƏ ,,NARKOMANİYA MƏNƏVİYYATIN QATİLİ”ADLI TƏDBİRDƏ İŞTİRAK ETDİLƏR

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli sərancamı ilə təsdiq olunmuş ,,Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan İstiqlal muzeyində 24 noyabrda,,Narkomaniya mənəviyyatın qatili”adlı tədbir təşkil edildi.Tədbirdə 17 nomrəli tam orta məkrəbin 8,,E”sinif şagirdləri  biologiya müəllimi Sudabə Əfəndiyevanın rəhbərliyi ilə iştirak edirdilər.Bakı şəhər Narkoloji mərkəzin həkim narkoloqu,TU-nin Psixiatriya kafedrasının dissertantı-Fizzə Baxışova çıxış edərək narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadları haqqında geniş məlumat verdi.Sonra Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə çəkilmiş Emin Hüseyinlinin layihə rəhbəri olduğu,,Ağ ölüm-Narkomaniya öldürür”adlı videoçarxı nümayiş etdirildi.Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə, eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şücaət göstərərək şəhidlik məqamına ucalan bir qrup şəhidlərə həsr olunmuş sərgi ilə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi