“PLASTİK QABLAŞDIRMA TULLANTILARININ ƏTRAF MÜHİTƏ MƏNFİ TƏSİRİ” MÖVZUSUNDA SEMİNAR-DƏRS KEÇİRİLDİ

  22 noyabrda məktəbdə BŞTİ-nin 30.04.19-cu il tarixli F-202 №li əmrinə əsasən 9”B”sinfində biologiya müəllimi Elvira Babaxanovanın təşkilatçılığı ilə “AR plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması” mövzusunda seminar-dərs keçirildi. Dərsin keçirilməsində əsas məqsəd plastik qablaşdırma tullantılarının ətraf mühitə təsiri, təbiətin çirklənməsi, təbiəti mühafizə etməyi nümayiş etdirmək idi.Bu haqda şagirdlər hazırladıqları təqdimatları,videoçarxları,informasiya materiallarını təqdim edərək, ətraf mühitin çirklənməsi və onun qarşısının alınması haqqında məruzələrlə çıxış etdilər. Elvira Babaxanova sinif şagirdləri ilə birgə plastik tullantılar mövzusu ətrafında müzakirələr apardı. Şagirdlər ekoloji problemlər və onların qarşısının alınması üsulları haqqında məlumat verdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi