AŞIQ ƏLƏSGƏRIN 200 ILLIK YUBILEYINƏ HƏSR OLUNMUŞ,,AÇIQ DƏRS” KEÇIRILDI

  2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.Noyabrın 19-da Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş ,,Açıq dərs” 17 nömrəli tam orta məktəbdə 6,,Ə” sinif şagirdlərinin iştirakı və Azərbaycan dili və ədəbiyyat müəllimi Şəbnəm Babayevanın təşkilatçılığı ilə təşkil edildi.Şəbnəm müəllim dərs zamanı Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verdi.Sonra isə şagirdlər Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş şeirlər söylədilər, hazırladıqları rəsm və divar qəzetlərini nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi