,,17 NOYABR- MİLLİ DİRÇƏLİŞ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ SEMİNAR TƏŞKİL EDİLDİ

  Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamış Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr–Milli Dirçəliş Günüdür. Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan, ermənilərin Azərbaycana qarşı torpaq iddialarını, erməni separatizmini və terrorunu dəstəkləyən bir rejimə qarşı kütləvi xalq hərəkatı 1988-ci il noyabrın 17-də başlandı. Tarixin bugünü xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki,o,azad olmağa layiq xalqdır. Qüdrətli xalq hərəkatının əzəməti Respublikamızın bütün şəhər və rayonlarını bürüdü.Azərbaycan yenidən öz müstəqilliyinə qovuşduqdan sonra 17 noyabr tarixi xalqın milli-azadlıq hərəkatının başlanğıc günü-Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.

"17 noyabr-Milli Dirçəliş Günü" həsr olunmuş seminar dərs 17 nömrəli tam orta məktəbdə tarix müəllimi Vüsalə Əliyevanın  təşkilatçılığı və 10,,E”, 10,,Ə”sinif şagirdlərinin iştirakı ilə təşkil edildi.Vüsalə müəllim "17 noyabr-Milli Dirçəliş Günü" haqqında şagirdlərə geniş məlumat verdi. Seminarda məktəbin Tİ işləri üzrə direktor müavini Tahir Həmzəyev də iştirak edirdi.Sonra "17 noyabr-Milli Dirçəliş Günü"nə həsr olunmuş videoçarx nümayiş etdirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi