SAĞLAM HƏYAT TƏRZİ SEÇƏK, ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK!

  17 noyabrda 17 nömrəli tam otra məktəbdə “Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə” Dövlət Proqramının 5.2 bəndinin 5.2.1. yarım bəndinin icrası ilə bağlı “Sağlam həyat tərzi seçək, zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici seminar keçirilmişdir.Seminarda məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyevin təşkilatçılığı ilə rus bölməsinin  9,,Asinif şagirdləri iştirak edirdilər.Biologiya müəllimi Tahir Həmzəyev yeniyetmə və gənclərə ,,Zərərli vərdişlər”in törətdiyi fəsadlar barədə geniş və ətraflı məlumat verdi.Sonra o qeyd etdi ki, ölkəmizin işıqlı və gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə və gənc zərərli vərdişlərdən uzaq durmalı, diqqətini təhsilə, idmana yönəltməlidir.Belə görüşlərin keçirilməsində əsas məqsəd də məhz yeniyetmə və gəncləri narkomaniyanın və digər zərərli vərdişlərin mənfi nəticələri, doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir. Çünki narkotik vasitələrdən istifadə edərək özünü fiziki və psixoloji cəhətdən məhvə aparan insan nə yaxınları, nə də cəmiyyət üçün layiqli vətəndaş ola bilməz.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi