,,NARKOMANIYAYA YOX DEYƏK!”SAĞLAM HƏYAT TƏRZİNI SEÇƏK

 

   Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir.Beləki, 29 oktyabrda 17 nömrəli tam otra məktəbdə “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024 cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirildi.

Tədbirdə VIII,IX, X sinif şagirdləri,məktəbin tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev,biologiya müəlliməsi Südabə Əfəndiyeva iştirak edirdilər.

   Tədbiri təşkil edən Südabə müəllimə şagirdlərə narkomaniyanın törətdiyi fəsadlar barədə geniş ətraflı məlumat verdi.O bildirdiki, ölkəmizin işıqlı gözəl gələcəyi məhz sağlam, savadlı gənclikdən asılıdır. Hər bir yeniyetmə gənc diqqətini təhsilə, idmana yönəltməlidir.

   Daha sonra çıxış edən Tahir müəllim sağlamlıq üçün ciddi təhlükə yaradan cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək yeniyetmə gəncləri “Narkomaniyaya yox” deməyə, sağlam həyat mənəvi kamilliyə çağırdı.

   Belə görüşlərin keçirilməsində əsas məqsəd məhz yeniyetmə gəncləri narkomaniyanın digər zərərli vərdişlərin mənfi nəticələrinin ,doğurduğu fəsadlar barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirməkdən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi