"AŞIQ ƏLƏSGƏR VƏ AZƏRBAYCAN FOLKLORU"ADLI YARADICILIQ MÜSABİQƏSİ

   Aşıq Ələsgərin 200 illik yubileyi iləbağlı tədbirlər çərçivəsində paytaxtın ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri arasında “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilir.

   Müsabiqənin məqsədi şagirdləri ustad sənətkarın həyat və yaradıcılığı, Azərbaycan folkloru və xalq ədəbiyyatının mühüm hissəsi olan aşıq sənəti ilə tanış etmək, onların bədii-estetik zövqünü formalaşdırmaq və yaradıcılıq səviyyələrinin yüksəldilməsinə dəstək verməkdir.Müsabiqə “Şeir”, “Mahnı” və “Yaradıcı iş” olmaqla 3 nominasiya üzrə keçirilir.

   26oktyabrda 17 nömrəli tam orta məktəbin şagirdləri arasında Aşıq Ələsgərin yaradıcılığı üzrə müsabiqənin məktəb mərhələsi keçirildi.Münsiflər heyəti müsabiqənin sonunda 3nominasiya üzrə növbəti mərhələdə iştirak edəcək ən yaxşı şagirdləri müəyyənləşdirdi.

Müsabiqədə iştirak edən şagirdlərdən Qasımova Xədicə Taleh qızı-10e sinif şagirdi şeir, 8e sinif şagirdi İsmayılzadə Elgün Alı oğlu –mahnı(sazda ifa) və 10a sinif şagirdi Yəhyayeva Səbinə Rüstəm qızı isə təsviri incəsənət nominasiyalarında məktəb mərhələsinin qalibləri oldular.Məktəb turunda qalib olan şagirdlər şəhər turunun növbəti mərhələsində iştirak edəcəklər.Şagirdlərimizə uğurlar diləyirik!

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi