MƏKTƏB KITABXANASINDA AŞIQ ƏLƏSGƏRIN 200 ILLIK YUBILEYINƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

   25oktyabrda 17 nömrəli tam orta məktəbdə “Aşıq Ələsgərin həyat və yaradıcılığına”həsr olunmuş tədbir kitabxana əməkdaşları Sevil Qurbanova və Quluzadə Fatma tərəfindən məktəbin 8"F" sinif şagirdlərinin iştrakı ilə məktəb kitabxanasında keçirildi. Aşığın yaradıcılığının bir qismini cəmiyyətdəki nöqsanları, ədalətsizliyi, istismarı tənqid edən ictimai motivli şeirlər təşkil edir.Bu böyük el sənətkarı aşıq şeirinin, demək olar, bütün janrlarına müraciət etmiş və hər birində böyük uğur qazanmışdır. Tükənməz xalq yaradıcılığı çeşməsindən süzülüb gələn bu təkrarsız sənət nümunələri xəlqiliyi, dilsadəliyi, üslub gözəlliyi, forma əlvanlığı ilə dinləyicinin, oxucunun bütün dövrlərdə zövqünü oxşamış, onda gözəl hiss və duyğuların baş qaldırmasına səbəb olmuşdur.Tədbirdə şagirdlər Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş şeirlər söylədilər, hazırladıqları rəsm və divar qəzetlərini nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi