ŞƏHİDİN XATİRƏSİ BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİLDİ

  20 oktyabrda II Qarabağ Vətən Müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı,,,Qarabağ”ordenli şəhid Abbasbəyli Həmid Cavanşir oğlunun (17.11.1991-20.10.2020) Anım Günü ilə əlaqədar olaraq 17 nömrəli tam orta məktəbin sinif müəllimi Elmira Ağayevanın rəhbərliyi ilə 4ə sinif şagird və valideynləri Babək prospekti 76 ünvanında yerləşən şəhidin xatirə abidəsini və adına açılan bulağı ziyarət etmişlər.Abbasbəyli Həmid 20 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra ,,Qarabağ”ordeni, ,,,Vətən uğrunda”,,,Cəbrayılın azad olunmasına görə”,,,Fizulinin azad olunmasına görə”, ,,Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Vətən müharibəsində şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin şagirdləri şəhidlərin xatirəsinə həsr edilmiş seirlər söylədilər və çəkdikləri rəsmləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi