“AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI GÜNÜ” NƏ HƏSR EDİLMİŞ TƏDBİRLƏR KEÇİRİLDİ

1991-ci il 18 oktyabrda Azərbaycan Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmuşdur. Elə həmin vaxtdan 18 oktyabr  “Müstəqillik günü” kimi qeyd olunurdu. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.Bu məqsədlə 17nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirilmişdir.VII-IX sinif şagirdləri arasında rəsm müsabiqəsi, 1b,1c,,2e,2ə,2d,3d,4a sıniflərində sinif müəllimləri tərəfindən açıq təşkilatı saatlar təşkil edilmişdir.Sinif müəllimi Elmira Ağayevanın təşkilatçılığı və 4ə sinif şagirdlərinin iştirakı ilə,,Müstəqilliyin bərpası günü”nə həsr edilmiş tədbirdə məktəb müdiriyyəti, müəllimlər və valideynlər iştirak edirdilər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlamış, şagirdlərin ifasında mahnı və şeirlərlə davam etmişdir.

Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva bu günün tarixi haqqında danışmış, xoş arzu və istəklərini dilə gətirmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi