Məktəbdə Azərbaycan Dövlət Müstəqilliyinə həsr olunmuş seminar dərs keçirildi

   15 oktyabrda 17 nömrəli tam orta məktəbdə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunmuş seminar-dərs rus bölməsinin 7ç sinif şagirdləri ilə rus dili və ədəbiyyatı müəllimi Arzu Süleymanova təşkil etdi. Xalqımızın milli istiqlal mübarizəsindən söhbət açan Arzu müəllim bildirib ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni–müstəqil inkişaf dövrü başlanıb. Müstəqilliyimizin ilk illəri xalqımız üçün olduqca çətin şəraitdə keçib. 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın yeganə xilas və ümid yeri olan Heydər Əliyev yenidən hakimiyyətə qayıdıb. Məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilib, respublikamız yeni inkişaf dövrünə qədəm qoyub. Hazırda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi xüsusi vurğulanıb.
    Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş bu tədbirdə iştirak edən şagirdlər söylədikləri şeirlər, hazırladıqları təqdimatlar ilə vətənə olan sevgilərini nümayiş etdirdilər. Həmçinin, tədbirdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlərin nümayişi də təşkil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi