Məktəbdə II Qarabağ Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirildi

      Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu ötən il sentyabrın 27-də düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün başladığı zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.
     13 oktyabrda 17 nömrəli tam orta məktəbin XI sinif şagirdləri ilə II Qarabağ Vətən Müharibəsində iştirak etmiş məzunlarımız Fuad Bağırov Alıqulu oğlu və Fuad Qasımov Anar oğlunun iştirakı ilə görüş təşkil edildi.Görüşdə məktəbin direktoru Nazilə Əliyeva və hərbi rəhbər Səbuhi Zamanov da iştirak edirdilər. Daha sonra çıxış edən Vətən Müharibəsi iştirakçıları Fuad Bağırov (Cəbrayıl və Fizulinin azadlığına görə medalı) və Füad Qasımov (Cəbrayıl,Qubadlı və Laçının azadlığına görə medalı) ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığından danışdılar.Azərbaycan xalqının qeyrətli oğullarının müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını bildirdilər. Bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi