ŞAGİRDLƏRİMİZ VII BEYNƏLXALQ KİTAB SƏRGİSİNİNDƏ IŞTİRAK ETDİLƏR

     06-10 oktyabrda Bakı Ekspo Mərkəzində təşkil edilən VII Beynəlxalq Kitab Sərgisində 17 nömrəli tam orta məktəbin rəhbərliyi və 7Ç sinif şagirdləri sinif rəhbəri Xəyalə Cəfərova ilə birlikdə iştirak  etdilər.Təşkil edilən bu sərgi dünyanın 12 ölkəsindən 43 xarici təşkilat,121yerli nəşriyyat-poliqrafiya və kitab sənəti iləəlaqəli müəssisə iştirak edirdi. Sərgidə uşaqlar üçün,Nizami Gəncəvi əsərlərinin motivləri əsasında kukla tamaşaları, "uşaq aləmi", nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları,imza günləri, konfranslar, simpoziumlar,kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları vəmusi qiproqramları təşkil edilmişdi.Azərbaycanın xalq yazıçıları və şairləri,tanınmış gənc yazarlar məşhur xarici yazıçılar və aktyorlar da sərgidə iştirak edirdilər.Məktəbin nümayəndələri təqdim olunan stednlərlə tanış oldular və onları maraqlandıran suallara cavab aldılar.Sərgi şagirdlərin marağına səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi