AŞIQ ƏLƏSGƏRİN 200 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLDİ

2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Oktyabrın 4-də Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr olunmuş konfrans 17 nömrəli tam orta məktəbdə X sinif şagirdlərinin iştirakı və Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəmalə Zamanova, Aynurə Məmmədova və Gülnarə Həmidovanın təşkilatçılığı ilə təşkil edildi. Çıxışlar zamanı Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verildi və videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi