“Qarabağ Azərbaycandır” mövzusuna həsr olunmuş ilk dərslər keçirildi

 

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə ənənəvi tədrisə start verilib. 17 nömrəli tam orta məktəbin bütün siniflərində ilk dərslər Təhsil Naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən “Qarabağ Azərbaycandır!” mövzusuna həsr etilmişdir. Azərbaycan dili və ədəbiyyat müəllimləri İradə Mürsəlova 5c sinfində, Şəbnəm Babayeva 6ə sinfində, biologiya müəllimi Gülxarə Mehdiyeva 7d və digər müəllimlər siniflərdə ilk dərsilərini verilmiş mövzuya həsr etmişdirlər. Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan dərslər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində işğal edilmiş torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumat verildi. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulandı. Əllərində şəhidlərimizin şəkillərini tutan şagirdlərimiz, hər bir şəhid haqqında təqdimatlar etdi, şeirlər söylədi və onlara həsr olunmuş videoçarxlar nümayiş etdirildi. Dərsin sonunda məktəb rəhbərliyi və müəllimlər vətənpərvərlik mövzusunda öz tövsiyyələrini verərək onlara yeni dərs ilində uğurlar arzuladılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi