Pedaqoji şura iclası keçirildi

   24 sentyabrda 17 nömrəli tam orta məktəbdə "Pedaqoji Şura" iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Nazilə Əliyeva 2020-2021-ci tədris ilinin yekunları və buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərinin nəticələrini müzakirə etdi. Bununla yanaşı 2020-2021- ci tədris ilində məktəbin və şagirdlərinin qazandığı nailiyyətlərə görə bir sıra müəllimlər və 65 yaşına çatmış bir neçə pedaqoji heyyətin üzvü “Tərifnamə” ilə təltif edildi. İclasda direktor və direktor müavinləri ilə yanaşı məktəbin metodbirləşmə sədirlərinin çıxışları və müəllimlərin təklif və fikirləri dinlənildi. Məktəbə yeni təyin olunmuş müəllimlər kollektivə təqdim olundu.

   Pedaqoji Şura iclasının sonunda məktəbin direktoru Nazilə Əliyeva 2021-2022-ci tədris ilində qarşıda duran vəzifələr, tədrisin təşkili və digər məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyyələrini verdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi