Yeni tədris ili başladı

 

   22 sentyabrda 17 nömrəli tam orta məktəbin I-IV sinifləri üzrə "Yeni dərs ili" nin başlaması münasibətilə tədbir təşkil olundu. Tədbir mövcud pandemiya qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Məktəb müdiriyyəti məktəbə ilk dəfə qədəm qoyan birinciləri və ibtidai sinif şagirdlərini yeni dərs ilinin başlaması münasibətilə təbrik edərək onlara uğurlar arzuladı. Şagirdlərin hərarəti ölçülüb, əlləri dezinfeksiya olunduqdan sonra sinif otağına buraxıldılar. Tədbirdə BŞTİ-nin keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə də iştirak edirdi.

  Təhsil naziri Emin Əmrullayevin imzaladığı “2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi