Şagirdimiz yay məktəbində uğurla iştirak etdi

 

   30.08-10.09 2021-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən Azərbaycan Uşaqlarının V Ümumrespublika Formunun “Lider olmaq istəyirəm” adlı yay məktəbində fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran, sosial fəallığı ilə fərqlənən uşaqlar iştirak edirdi. Belə ki, 17 nömrəli tam orta məktəbin 11ç sinif şagirdi İsmayılova Nərmin Elçin qızı bu yay məktəbində fəal iştirakına görə sertifikatla təltif edilmişdir. Məktəbin müdiriyyəti Nərmini təbrik edir və ona gələcək uğurlar arzulayır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi