Şagirdimizin növbəti uğuru
1-4 iyulda Xorvatiyanın Poreç şəhərində keçirilən Beynəlxalq U12-U21 WKF karate çempionatında, 70 kq çəki dərəcəsində 17 nömrəli tam orta məktəbin 10c sinif şagirdi Cəfərli Rumil I yerə layiq görülərək çempion adını qazanmışdır. Məktəbin müdiriyyəti Rumili təbrik edir və ona gələcək uğurlar arzulayır.