“Yay məktəbi” nə yekun vuruldu

 

     30 iyunda 17 nömrəli tam orta məktəbdə “Yay məktəbi” nin fəaliyyəti yekun vuruldu. Məktəbdə təşkil olunan yay məktəbində, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla təşkil edilmişdir. Bu 2 həftə ərzində şagirdlərlə inteqrasiya edilmiş dərslər, idman dərsləri, rəsm dərsləri, vətənpərvərlik dərsləri, sinifdənxaric oxu və intellektual “Breyn-rinq” yarışları təşkil edilmişdir. Bu dərslər şagirdlər tərəfindən çox maraqla qarşılanmışdır. “Yay məktəbin” də fəal iştirak edən şagirdlər məktəb müdiriyyəti tərəfindən ”Diplom” və xüsusi hazırlanmış medallarla təltif edilmişdir. Sonda isə yaddaş üçün fotoşəkillər çəkdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi