Məktəbin şagirdi II Qarabağ qazisi ilə görüşdü

  REAL TV-də yayımlanan “Qazi” verlişinin aparıcısı, xüsusi təyinatlı döyüşçü Nəvai Bayramov Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə II Qarabağ Vətən müharibəsində iştirakına görə Prezident İlham Əliyevin sərəncamı ilə “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Xatırladaq ki, bundan əvvəl cəsur döyüşçü “Rəşadət” ordeni, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, ”Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Nəvai Bayramov AR Silahlı Qüvvələri günü münasibətilə REAL TV-də keçirilən tədbir zamanı Xətai rayonu 17 nömrəli tam orta məktəbin 4ç sinif şagirdi Səfərəliyeva Mədinə ilə görüşüb.

   Görüşdə Nəvai Bayramov “Qənimət” parkı ilə bağlı Mədinəni maraqlandıran suallara cavab verib və keçirilən görüşü yadda saxlamaq üçün xatirə şəkili çəkdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi