Yay məktəbində Lütfi Zadənin 100 illiyinə həsr olunmuş “Breyn Rinq” yarışı təşkil edildi

     21 iyunda17 nömrəli tam orta məktəbdə “Yay məktəbində 4a və 4ç sinif şagirdlərindən təşkil edilmiş “Evrika və “Erudit” komandaları arasında Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş “Breyn-rinq intellektual yarışı təşkil edildi. Yarış sinif müəllimləri Fidan Gülüşova və Nigar Xanəliyeva tərəfindən hazırlanmışdır. Öncə müəllimlər dahi alim Lütfi Zadənin həyatı və elmi fəaliyyəti ilə bağlı şagirdlərə geniş məlumat verdilər. Sonra bilik yarışmasına salınan maraqlı tapşırıqlar, krossvordlar və məntiqi suallar komandalar tərəfindən çox maraqla qarşılandı. Gərgin mübarizə şəraitində keçən bilik yarışmasında hər iki komanda eyni nəticə göstərdi. Şagirdlərin aktivliyi ilə yadda qalan yarışda hər iki komanda qalib kimi qiymətləndirilərək “Dostluq” kuboku ilə təltif edildilər. Böyük məmnunluq hissi keçirən balaca fidanlar bu əlamətdar gün haqqında geniş bilik əldə edə bildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi