“Son zəng” tədbiri keçirildi

    Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində Son zəng” çalındı. 14 iyunda ənənəvi olaraq təntənəli şəkildə onbirincilərin iştirakı ilə və pandemiya rejiminə uyğun olaraq 17 nömrəli tam orta məktəbdə “Son zəng” qeyd olundu. Tədbirdə məktəb müdiriyyəti, sinif rəhbərləri və məktəbin 73 məzunu iştirak edirdi. “Son zəng” tədbiri Azərbaycanın himni ilə açıq elan olundu .Giriş sözü ilə məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək, məzunlara gələcək həyatlarında uğurlar arzuladı və dövlətimizə layiqli vətəndaşlar olmağı tövsiyyə etdi. Sonra sinif rəhbərləri məzunlara öz xoş arzularını söylədilər. Söz 11-cilərə verildi. Məzunlar məktəb rəhbərliyinə və müəllimlərə təşəkkürlərini bildirdilər. 2020-2021-ci tədris ilində buraxılış imtahanlarında 200-dən yuxarı bal toplayan 36 məzun məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edildi.

     Sonda məktəbin həyətində məzunların sayına uyğun olaraq, havaya şar buraxıldı. Məktəb məzunları üçün səslənən son zəng sədaları altinda tədbir sona yetdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi