Lütfi Zadənin həyat və fəaliyyətinə həsr olunmuş açıq dərs

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15 aprel 2021-ci il tarixli F-87 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən məktəbin riyaziyyat müəllimi Rəna Musayeva 7a sinif şagirdləri ilə virtual platforma üzərindən açıq dərs keçirdi. Açıq dərs qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, görkəmli alim Lütfi Zadənin həyat və elmi yaradıcılığına həsr olundu. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır. Dərsdə şagirdlərin Lütfi Zadənin həyat və fəaliyyətinə həsr olunmuş təqdimatları nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi