Məktəbin IX sinif şagird və valideynləri ilə peşə seçimi mövzusunda onlayn görüş keçirildi

    10 iyunda məktəbin IX sinif şagird və valideynləri ilə peşə seçimi mövzusunda virtual platforma üzərindən görüş keçirildi. Bu görüşdə məktəb müdiriyyəti, “Profi-Resurs” peşə tədris mərkəzinin əməkdaşı Ləman Fituri, sinif rəhbərləri, IX sinif şagirdləri və valideynləri iştirak edirdilər. Görüşün əsas məqsədi IX sinif məzunlarını “Profi-Resurs” peşə tədris mərkəzi, onun maddi–texniki bazası ilə yaxından tanış etmək idi. Tədbirdə məktəbin direktoru Nazilə Əliyeva və peşə tədris mərkəzənin əməkdaşı Ləman xanım peşə təhsili haqqında geniş məlumat verdilər. Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə məzunları və valideynləri maraqlandıran suallar cavablandırıldı. Tədbirin sonunda məktəbin direktoru Nazilə Əliyeva görüş iştirakçılarına öz təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi