Respublika fənn olimpiadalarının final turunda şagirdimiz gümüş medala layiq görülüb

    2020-2021-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 17 nömrəli tam orta məktəbin 11a sinif şagirdi Əliyev Ələsgər Mübariz oğlu “İnformatika” fənni üzrə gümüş medala layiq görülüb. Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Məktəb müdiriyyəti Ələsgəri təbrik edir və ona gələcək uğurlar arzulayır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi